Tarixi yaddaşın qorunması və milli faciələrin unudulmaması hər bir xalqın mənəvi borcudur. Bu baxımdan Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda milli iradəni möhkəmləndirən hadisələrindən biri kimi xüsusi yer tutur. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirakı bu hadisəyə verilən yüksək dəyərin göstəricisi oldu.

Dövlət başçısının rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər xüsusi məna daşıyırdı. Qeyd olundu ki, Memorial Kompleksin məhz Xocalıda inşa edilməsi ədalətin təntənəsidir. Layihənin illər əvvəl hazır olmasına baxmayaraq, onun azad edilmiş torpaqda ucaldılması inamın və qətiyyətin nəticəsi kimi təqdim edildi. Bu yanaşma tarixi ədalətin yalnız hüquqi deyil, həm də mənəvi müstəvidə bərpa olunduğunu göstərir.

Prezident vurğuladı ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara və insanlığa qarşı törədilmiş qanlı cinayətdir. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Əgər haqq səsimiz ucaldılmasaydı, həqiqətlərin təhrif olunması ehtimalı böyük idi.

Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdur. Nəticədə artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses davam edir.

Bu gün Azərbaycan qalib və suveren dövlət kimi Xocalı qurbanlarının xatirəsini yad edir. Memorial Kompleks təkcə xatirə məkanı deyil, həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır: xalq öz keçmişini unutmamalı, daim güclü və ayıq olmalıdır.

Gülsarə Abbasova

Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.