Prezident İlham Əliyevin Xocalı rayon ictimaiyyəti ilə görüşündə səsləndirdiyi fikirlər mühüm mesajlarla zəngin idi. Dövlət başçısı qeyd etdi ki, xalq öz tarixini unutmamalı və daim ayıq olmalıdır. Güclü dövlət yalnız hərbi qüdrətlə deyil, həm də milli birliyin möhkəmliyi ilə formalaşır.

Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilmişdi ki, separatçılıq siyasətinə son qoyulsun. Lakin adekvat reaksiya verilmədi və nəticədə Azərbaycan öz qətiyyətini əməli şəkildə göstərdi. Antiterror tədbirləri qısa müddətdə tam nəticə verdi.
Dövlət başçısı vurğuladı ki, xarici qüvvələrin dəstəyi heç bir halda Azərbaycanın iradəsini sarsıda bilməzdi. Bu, güclü siyasi iradənin və ordumuzun qüdrətinin göstəricisidir. Azərbaycan öz təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu sübut etdi.
Bu gün ölkəmizdə sabitlik və sülh hökm sürürsə, bu, güclü dövlət siyasətinin nəticəsidir. Azərbaycan xalqı artıq təhlükəsiz və suveren ölkədə yaşayır.
Salman Ağalarov
Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın