Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsləri mühüm rol oynayır. Fondun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası müxtəlif ölkələrdə geniş rezonans doğurmuşdur.

Memorialın ekspozisiyasında bu kampaniya çərçivəsində görülmüş işlər, xarici ölkələrdə ucaldılmış abidələrin maketləri və beynəlxalq tədbirlərə dair materiallar təqdim olunur. Bu faktlar göstərir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədyönlü siyasətin tərkib hissəsidir. Tarixi faktların sənədlərlə sübuta yetirilməsi ədalət uğrunda mübarizənin əsas istiqamətidir.
Kompleksin zallarında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və işğal siyasətinin nəticələri geniş şəkildə əks etdirilmişdir. Ziyarətçilər interaktiv vasitələrlə hadisələrin miqyası və nəticələri barədə dolğun məlumat əldə edirlər. Bu yanaşma həm maarifləndirici, həm də düşündürücü xarakter daşıyır.
Memorial yalnız xatirə məkanı deyil, həm də informasiya və təbliğat mərkəzidir. Burada təqdim olunan materiallar Xocalı həqiqətlərinin beynəlxalq hüquqi müstəvidə tanınmasına xidmət edir və gələcək nəsillərə tarixi dərs verir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın