Xocalı soyqırımı Azərbaycan xalqının tarixində ən ağrılı hadisələrdən biri olsa da, bu faciə milli dirənişin və iradənin möhkəmlənməsinə səbəb olmuşdur. Dövlət tərəfindən faciəyə siyasi-hüquqi qiymətin verilməsi və xatirəsinin əbədiləşdirilməsi ardıcıl siyasətin nəticəsidir. Bu yanaşma dövlətçilik ənənələrinin möhkəmliyini göstərir.

Azad Xocalıda ucaldılmış Memorial Kompleks memarlıq baxımından dərin rəmzi məna daşıyır. Qoruyucu əlləri xatırladan konstruksiya xalqın həmrəyliyini və müdafiə əzmini ifadə edir. Həyətdə əkilmiş badam ağacları isə ədalətin və yenidən doğuluşun simvoludur.

Ekspozisiya bölmələrində faciənin tarixi, qurbanların taleyi və bir gecədə məhv edilən ailələrin acı hekayələri təqdim edilir. Eyni zamanda 44 günlük Vətən müharibəsinə həsr olunmuş materiallar tarixi ədalətin bərpasını nümayiş etdirir. Bu məkan həm hüzn, həm də qürur hissini bir arada yaşadır.

Bu gün Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Memorial Kompleks milli yaddaşın canlı təcəssümü olmaqla yanaşı, gələcək nəsillərə vətənpərvərlik və ədalətə inam mesajı verir. Azad Xocalıda ucalan bu abidə xalqımızın sarsılmaz iradəsinin simvoludur.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.