1992-ci ilin fevralında Xocalıda baş vermiş soyqırımı XX əsrin ən ağır cinayətlərindən biri kimi tarixə düşmüşdür. 613 nəfərin amansızcasına qətlə yetirilməsi, ailələrin tamamilə məhv edilməsi xalqımızın yaddaşında sağalmaz yara açmışdır. Bu hadisə həm də ədalətin bərpası üçün aparılan uzunmüddətli mübarizənin başlanğıcı olmuşdur.

Azad edilmiş Xocalı şəhərində Soyqırımı Memorialının inşası tarixi ədalətin bərpasının bariz nümunəsidir. Açılış mərasimində dövlət başçısının vurğuladığı kimi, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq və unutdurmayacaq. Memorialın yaradılması qurbanların xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm addımdır.

Kompleksin daxili bölmələrində interaktiv təqdimatlar, şəhərin maketi və faciənin gedişini əks etdirən instalyasiyalar yerləşdirilmişdir. “Faciənin siması” kompozisiyası ziyarətçilərə həmin gecənin dəhşətlərini emosional formada çatdırır. Bu təqdimat üsulu tarixi faktların daha dərindən dərk edilməsinə şərait yaradır.

Memorialın bir hissəsində 44 günlük Vətən müharibəsi və suverenliyin tam bərpası ilə bağlı materiallar nümayiş olunur. Bu, şəhidlərin qanının yerdə qalmadığını və tarixi ədalətin təmin edildiyini göstərir. Abidə həm matəm, həm də qürur məkanı kimi milli yaddaşımızda mühüm yer tutur.

Məmmədli Nəzirə

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.