Tarixi yaddaşın qorunması və milli faciələrə hüquqi-siyasi qiymətin verilməsi müstəqil dövlətin ideoloji əsaslarından biridir. Bu baxımdan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş, eyni zamanda milli birliyin möhkəmlənməsinə səbəb olmuş faciədir. Bu hadisə təkcə keçmişin ağrısı deyil, həm də ədalət uğrunda aparılan mübarizənin rəmzidir.

Fevralın 26-da İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində inşa olunmuş Xocalı Soyqırımı Memorialının açılışında iştirak etmişlər. Dövlət başçısının memorial önünə əklil qoyması və xatirə kitabına ürək sözlərini yazması bu hadisəyə verilən ali dəyərin ifadəsidir. Açılış mərasimində səsləndirilən fikirlər faciənin mahiyyətini və onun beynəlxalq müstəvidə qiymətləndirilməsinin vacibliyini bir daha önə çıxarmışdır.

Memorial Kompleks Prezidentin 2025-ci ilin fevralında imzaladığı sərəncama uyğun olaraq yaradılmışdır. Layihə Heydər Əliyev Fondunun konsepsiyası əsasında hazırlanaraq reallaşdırılmışdır. Kompleksin memarlıq həlli dərin rəmzi məna daşıyır, dörd tərəfdən qoruyucu əlləri xatırladan monolit konstruksiya xalqın həmrəyliyini və müdafiə iradəsini təcəssüm etdirir.Memorial yalnız bir xatirə məkanı deyil, həm də gələcək nəsillərə tarixi həqiqətləri çatdıran canlı salnamədir. Onun azad edilmiş Xocalı şəhərində ucaldılması ədalətin bərpasının rəmzi kimi xüsusi məna daşıyır.

Rəsmiyyə Məmmədova

“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.