Uzun illər Ermənistanın işğal siyasəti nəticəsində torpaqlarımızda ağır dağıntılar törədilmişdi. Lakin Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək öz suveren hüquqlarını bərpa etdi. 2020-ci il Vətən müharibəsi və sonrakı proseslər ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi.

Bu gün Azərbaycanın bütün sərhədlərində dövlət bayrağı qürurla dalğalanır. Qələbə yalnız hərbi müstəvidə deyil, həm də siyasi və diplomatik sahədə qazanılmış uğurun nəticəsidir. Regionda formalaşan yeni reallıqlar Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirib.

Azad olunmuş ərazilərdə aparılan quruculuq işləri dövlətin strateji baxışını əks etdirir. Müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın bərpası və sosial layihələrin icrası kompleks yanaşmanın göstəricisidir. Bu siyasət uzunmüddətli sabitliyi təmin etməyə yönəlib.

Tarixi yaddaşın qorunması və faciələrin unudulmaması da dövlət siyasətinin mühüm istiqamətidir. Memorial komplekslərin yaradılması və anım tədbirlərinin keçirilməsi milli şüurun möhkəmlənməsinə xidmət edir. Bu, həm də gələcək nəsillər üçün dərs və ibrət mənbəyidir.

Azərbaycan qalib və suveren dövlət kimi inkişaf yolunu inamla davam etdirir. Milli birlik, güclü liderlik və strateji düşüncə ölkəmizin davamlı uğurlarının əsasını təşkil edir.

Könül Hüseynova

Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.