Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi müstəqil dövlətin əsas vəzifələrindəndir. Xocalı Soyqırımı Memorialının açılışı bu siyasətin bariz nümunəsidir. Azad edilmiş Xocalıda ucaldılan bu abidə həm matəm, həm də qürur məkanıdır.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xalq öz tarixini unutmamalı və daim güclü olmalıdır. Ermənistanın törətdiyi vəhşiliklərin unudulmaması gələcək təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Güclü dövlət və ayıq cəmiyyət sülhün əsas təminatıdır.

Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində aparılan işlər artıq öz nəticəsini verir. Onilliklər boyu aparılan diplomatik və informasiya mübarizəsi nəticəsində bir çox ölkələr bu faciəni soyqırımı kimi tanıyıb. Bu, ədalətə doğru atılan mühüm addımdır.

Vətən müharibəsi və sonrakı proseslər göstərdi ki, Azərbaycan öz haqqını özü təmin etməyə qadirdir. Dövlət suverenliyinin tam bərpası və separatçılığa son qoyulması milli iradənin təntənəsidir.

Bu gün müasir Azərbaycan güclü, özünə güvənən və gələcəyə inamla baxan dövlətdir. Xocalı Memorialı isə bu gücün və sarsılmaz iradənin əbədi rəmzi kimi tarixdə qalacaq.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.