Azərbaycanın uzunmüddətli inkişaf strategiyası insan kapitalının gücləndirilməsinə söykənir və bu prosesdə gənclərin rolu həlledicidir. Enerjili, savadlı və vətənpərvər nəsil cəmiyyətin dinamizmini təmin edir, yeniliklərin tətbiqinə təkan verir və ölkənin beynəlxalq rəqabət qabiliyyətini yüksəldir. Məhz buna görə gənclərə yönələn dövlət siyasəti sosial yanaşma deyil, gələcəyə hesablanmış məqsədyönlü kurs kimi qiymətləndirilir.

Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı konsepsiyası bu sahədə dönüş yaratdı. Onun gəncləri ölkənin strateji inkişafında aparıcı qüvvə kimi görməsi dövlət idarəçiliyində yeni yanaşmanın əsasını qoydu. Təhsil, sosial müdafiə, məşğulluq və vətənpərvərlik tərbiyəsi sahəsində həyata keçirilən proqramlar gənclərin cəmiyyət həyatına fəal inteqrasiyasına imkan verdi.

Bu siyasətin institusional müstəvidə qurulması üçün müvafiq dövlət strukturları yaradıldı, gənclərlə dialoq mexanizmləri formalaşdırıldı. Forumlar, platformalar və hüquqi sənədlər onların təşəbbüslərinin diqqət mərkəzində saxlanılmasına xidmət etdi. Gənclər Gününün təsis edilməsi isə gənclərin ictimai rolunun rəsmi şəkildə tanınmasının simvoluna çevrildi.

Sonrakı mərhələdə gənclərin sosial fəallığını artıran yeni layihələr reallaşdırıldı. Regionlarda açılan gənclər mərkəzləri, dövlət dəstəyi ilə icra olunan sosial və innovativ proqramlar onların yaradıcılıq imkanlarını genişləndirdi. Könüllülük hərəkatının inkişafı isə gənclərdə vətəndaş məsuliyyəti və ictimai iştirakçılıq mədəniyyətini gücləndirdi.

Təhsil sahəsində aparılan islahatlar, xaricdə təhsil proqramları və idman infrastrukturlarının qurulması gənclərin hərtərəfli inkişafına yönəlib. Vətən müharibəsində gənclərin nümayiş etdirdiyi birlik və qəhrəmanlıq isə bu siyasətin mənəvi nəticəsini açıq şəkildə ortaya qoydu. Bu gün formalaşan güclü gənclik Azərbaycanın gələcəyinə ən böyük sərmayədir.

Səbinə Gözəlova

Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.