Müstəqil Azərbaycanda gənclər siyasəti ardıcıl və sistemli şəkildə qurulub. Dövlət rəhbərliyi gənclərin potensialını milli inkişafın əsas resursu kimi qiymətləndirərək bu sahəni strateji prioritetə çevirib. Cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsi və innovativ mühitin formalaşdırılması birbaşa olaraq gənclərin fəallığı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə gənclərlə bağlı yanaşma konseptual xarakter aldı. Onun təşəbbüsü ilə təhsil imkanları genişləndirildi, sosial proqramlar hazırlandı və gənclərin ictimai həyatda rolu artırıldı. Bu yanaşma dövlət strukturlarının fəaliyyətində də öz əksini tapdı.
Gənclər sahəsində institusional islahatlar mühüm rol oynadı. Müvafiq qurumların yaradılması, qanunvericilik bazasının möhkəmləndirilməsi və forumların keçirilməsi gənclərlə dövlət arasında səmərəli əlaqə yaratdı. Bu mexanizmlər gənclərin təşəbbüslərinin sistemli şəkildə dəstəklənməsinə şərait yaratdı.
Prezident İlham Əliyevin dövründə bu siyasət yeni mərhələyə qədəm qoydu. Gənclərin xaricdə təhsili, karyera inkişafı proqramları, fondlar və müsabiqələr gənc nəslin bilik və bacarıqlarını artırdı. Könüllülük fəaliyyəti isə gənclərin sosial inteqrasiyasını gücləndirdi.
Bu gün gənclər siyasətinin nəticələri elm, idman və ictimai fəallıq sahələrində özünü göstərir. Gənclərin beynəlxalq uğurları ölkənin imicini möhkəmləndirir və həyata keçirilən strategiyanın effektivliyini təsdiqləyir.
Elmira Əliyeva
Tərəqqi medallı,YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın