Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Qarabağın tarixində mühüm yer tutan şəhərlərdir. Bu şəhərlərin adının 20 Sentyabr tarixi ilə əlaqələndirilməsi onların müasir tarixində baş vermiş dəyişikliklərin ümumi məzmununu əks etdirir. Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı sərəncamla 20 sentyabr həmin şəhərlərin günü kimi müəyyən edilib. Bu qərar dövlət suverenliyinin bərpası ilə bağlı tarixi prosesin yaddaşda yaşadılmasına xidmət edir. Dörd şəhərin hər biri Azərbaycan xalqının yaddaşında fərqli hadisələr və məqamlarla bağlıdır. Onların yeni mərhələsi isə bərpa, qayıdış və inkişaf anlayışları ilə səciyyələnir. Bu mənada 20 Sentyabr Qarabağın gələcəyi haqqında düşünmək üçün də əlamətdar tarixdir.
Xankəndi şəhərində təhsil və sosial infrastrukturun inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin yeni həyatında əlamətdar hadisədir. Xocalıda insanların doğma yurda qayıtması artıq başlanmış prosesdir. Xocavənddə qədim irsin qorunması ilə yanaşı, yaşayış məntəqələrinin yenilənməsi də diqqət mərkəzindədir. Ağdərə üçün isə müasir nəqliyyat və iqtisadi əlaqələrin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu şəhərlərin hər birində həyata keçirilən layihələr ümumi bərpa strategiyasının tərkib hissəsidir. Nəticədə Qarabağda müxtəlif şəhər və rayonların bir-birini tamamlayan inkişaf modeli formalaşır.
Bərpa prosesinin davamlı olması üçün insan kapitalının inkişafına da diqqət yetirilməlidir. Təhsil müəssisələri gənclərin regionda qalması və gələcəkdə burada çalışması üçün imkanlar yaradır. Səhiyyə obyektləri əhalinin sosial təminatında mühüm rol oynayır. Mədəniyyət müəssisələri isə Qarabağın zəngin irsinin yaşadılmasına xidmət edir. İqtisadi fəaliyyətin genişlənməsi insanların məşğulluq imkanlarını artırır. Bütün bu sahələrin paralel inkişafı yeni yaşayış mühitinin dayanıqlılığını təmin edə bilər. 20 Sentyabrın mahiyyəti də məhz belə genişmiqyaslı gələcək perspektivləri ilə tamamlanır.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Leave a Reply