YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ətraf mühitin qorunması və davamlı inkişaf” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə ətraf mühitin qorunmasının əhəmiyyəti, ekoloji tarazlığın saxlanılması, təbii sərvətlərdən səmərəli istifadə, yaşıllıq sahələrinin genişləndirilməsi və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini Zərifə İbrahimova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atılır. O qeyd edib ki, ölkədə yaşıllıqların artırılması, meşə fondunun genişləndirilməsi, su ehtiyatlarının qorunması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr Azərbaycanın ekoloji rifahının yüksəldilməsinə xidmət edir.

Zərifə İbrahimova vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri zamanı müasir şəhərsalma prinsiplərinə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına üstünlük verilir, ekoloji dayanıqlılıq əsas prioritetlərdən biri kimi nəzərə alınır. Bu yanaşma ölkəmizdə davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu göstərir.

Çıxış zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ekoloji maarifləndirmənin gücləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılması istiqamətində görülən işlərdən də bəhs olunub.


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Discover more from DÜNYADAN XƏBƏR

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading