Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı hər il 23 iyun tarixində qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.











Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.
Hər il olduğu kimi bu il də Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin iştirakı ilə Rayon İcra Hakimiyyətində 23 iyun – Dövlət qulluqçularının Peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bayram Səfərov Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açıb, keçirilən islahatların ən bariz nümunəsinin dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 21 iyul 2000-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini nəzərə çatdırıb. RİH başçısı bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulduğunu, bu sahədə kadr siyasətinin əsas prinsiplərinin, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirildiyini bildirib. Bu uğurlu siyasətin bu gün də Ulu öndərin layiqli davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan RİH başçısı, bu gün ölkəmizdə həyata keçirilən islahatların səmərəliliyini daha da artırmaq məqsədi ilə dövlət qulluğu və kadr siyasətinin təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmasını bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Sonda Dövlət qulluğunda fəaliyyəti ilə fərqlənən bir qrup Dövlət qulluqçusuna Şuşa rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları təqdim edilib.

Leave a Reply