Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin,YAP Şuşa rayon təşkilatının, Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələrinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, uşaq hüquqlarının müdafiəsi üzrə rayon komissiyasının, ictimai şuranın üzvləri və müəllimlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələri üzrə baş məsləhətçi vəzifəsini müvəqqəti icra edən Anar Cəbizadə açaraq insan hüquqlarının qorunmasının cəmiyyətin demokratik inkişafında mühüm rol oynadığını, ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələr verdiyini vurğulamışdır.

Daha sonra Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov,YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Zeybək Cəfərov,Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru Hüseyn Məmmədov mövzu ətrafında çıxış etmişlər.Çıxışlarda Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqları, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar, gənclərin hüquqi maarifləndirilməsinin əhəmiyyəti, vətəndaş cəmiyyətinin inkişafında hüquqi mədəniyyətin rolu, eləcə də Yeni Azərbaycan Partiyasının insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı, sosial rifahın yüksəldilməsi və hüquqi maarifləndirmə istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs olunmuşdur.

Qeyd edilmişdir ki, dövlət və yerli özünüidarəetmə orqanları, elm, təhsil və tibb müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqlarına həsr olunan silsilə tədbirlər təşkil olunur, müxtəlif media orqanlarında bununla bağlı maarifləndirici materiallar dərc edilir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi üçün Azərbaycan Respublikasının qanunlarının, dövlət proqramlarının və milli fəaliyyət planlarının tələblərinin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Tədbir iştirakçıları tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılmış, insan hüquqlarının qorunması və təşviqi sahəsində görülən işlərin əhəmiyyəti vurğulanmışdır.


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Discover more from DÜNYADAN XƏBƏR

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading