Tədbirdə Azərbaycan dövlətçiliyinin taleyində mühüm rol oynayan 4 İyun hadisələrinin tarixi-siyasi əhəmiyyəti, həmin dövrdə ölkədə yaranmış mürəkkəb vəziyyət və bu böhrandan çıxış yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini Zərifə İbrahimova çıxış edərək bildirib ki, 1993-cü ilin iyun ayında ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyət Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi sayəsində ölkədə sabitliyi bərpa etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və Azərbaycanın müstəqilliyini qoruyaraq dövlət quruculuğunun möhkəm təməllərini yaratdı.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, iqtisadi islahatlara başlanıldı, beynəlxalq əlaqələr genişləndirildi və Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmək yolunda mühüm uğurlar qazandı.
Daha sonra təşkilatın üzvü Təranə Həsənova çıxış edərək vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hərtərəfli inkişaf yolu keçmiş, iqtisadi gücü və beynəlxalq nüfuzu daha da artmışdır. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi dövlətimizin qüdrətinin və həyata keçirilən siyasətin uğurlu nəticələrinin bariz göstəricisidir.
Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub, ölkəmizin əldə etdiyi nailiyyətlər dövlətçilik ənənələrinin möhkəm əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir.
Sonda tədbir iştirakçıları 4 İyun hadisələrinin tarixi dərslərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayaraq, dövlətçilik dəyərlərinin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər




Leave a Reply