Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalıb. Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr uzun illər icrasız qalmışdı. Həmin sənədlərdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu açıq şəkildə təsbit olunsa da, ədalət təmin edilməmişdi.

2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz gücü ilə tarixi Zəfərə imza atdı. Bu qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüququn icrasının təmin edilməsi idi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil.

2023-cü ilin antiterror əməliyyatı suverenliyin tam bərpasını təmin etdi. Bir neçə saat davam edən əməliyyat ölkəmizin hərbi gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu proses separatizmə son qoyaraq bölgədə yeni reallıq yaratdı.

Bu gün Azərbaycan sülh içində yaşayır və bunun təminatçısı güclü dövlətdir. Qazanılan Zəfər həm milli qürur, həm də gələcəyə inam mənbəyidir.

Nizami Şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.