Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması uzun illər davam edən məqsədyönlü fəaliyyətin nəticəsidir. Bu istiqamətdə dövlət strukturları ilə yanaşı, ictimai təşkilatlar da fəal rol oynamışdır. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsləri beynəlxalq miqyasda geniş əks-səda doğurmuşdur.

Fondun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası son illərdə bir çox ölkədə konfransların, sərgilərin və təqdimatların keçirilməsi ilə yadda qalmışdır. Nəşr olunan kitab və bukletlər, yayımlanan materiallar Xocalı həqiqətlərinin təhrif olunmasının qarşısını almağa xidmət edib.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, əgər Azərbaycan öz haqq səsini ucaltmasaydı, bu gün dünya ictimaiyyəti Xocalı barədə həqiqətləri bilməyə bilərdi. Artıq 20-yə yaxın ölkənin bu faciəni soyqırımı kimi tanıması ardıcıl diplomatik fəaliyyətin nəticəsidir. Bu, ədalətə doğru atılan mühüm addımdır.

Beləliklə, informasiya və diplomatik mübarizə hərbi Zəfərlə tamamlanaraq tarixi ədalətin təmininə gətirib çıxardı. Xocalıya ədalət çağırışı bu gün də davam edir və beynəlxalq hüquqi müstəvidə öz təsdiqini tapmaqdadır.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.