Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması və ona obyektiv hüquqi qiymətin verilməsi istiqamətində Azərbaycan dövləti uzun illərdir ardıcıl fəaliyyət göstərir. 1992-ci il fevralın 26-da baş vermiş və tarixə Xocalı soyqırımı kimi düşmüş bu qanlı hadisə xalqımızın yaddaşında silinməz iz buraxıb. Bu istiqamətdə aparılan işlərin məntiqi davamı olaraq Xocalıda Memorial Kompleksin inşası milli yaddaşın möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Abidənin məhz azad olunmuş ərazidə ucaldılması tarixi ədalətin bərpasının rəmzidir.

Memorial Kompleks təkcə xatirə məkanı deyil, həm də dövlətin siyasi iradəsinin ifadəsidir. Burada məqsəd faciə qurbanlarının xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərə həqiqətləri çatdırmaqdır. Azərbaycan artıq post-münaqişə mərhələsində qalib dövlət kimi öz mövqeyini möhkəmləndirir və tarixi həqiqətlərin təhrif olunmasına imkan vermir.

Kompleksin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğunu xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, tarixi ədalət beynəlxalq hüququn norma və prinsipləri əsasında bərpa edilib. Bu yanaşma ölkənin prinsipial mövqeyinin göstəricisidir.

İllər boyu bəzi dairələrin faciəni ört-basdır etməyə və məsuliyyəti təhrif etməyə çalışması reallığı dəyişə bilmədi. Əksinə, Azərbaycan diplomatik və informasiya müstəvisində fəaliyyətini genişləndirərək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu. Bu istiqamətdə ictimai təşəbbüslər də mühüm rol oynadı.

Bu gün Xocalı Memorial Kompleksi həm hüznün, həm də qürurun rəmzidir. O, xalqın əyilməz iradəsini, dövlətin gücünü və milli həmrəyliyi nümayiş etdirir. Azərbaycanın gələcək inkişaf yolu da məhz bu birlik və qətiyyət üzərində qurulub.

Arif Dostiyev

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin Sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.