Xocalı soyqırımının dünya miqyasında tanıdılması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu faciənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün həm diplomatik, həm də informasiya mübarizəsi paralel şəkildə aparılır. 34-cü ildönümündə Memorial Kompleksin istifadəyə verilməsi bu ardıcıl siyasətin tərkib hissəsidir.

Faciənin baş verdiyi ərazidə ucaldılan abidə yalnız xatirə deyil, həm də güc simvoludur. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra həmin torpaqlarda ədalətin təntənəsini nümayiş etdirdi. Bu, dövlətin öz tarixinə sahib çıxmasının bariz nümunəsidir.

Açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, ölkə son illərdə tam və mütləq qələbə qazanaraq yeni geosiyasi reallıq yaradıb. 2020-ci ildə başa çatan Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri Azərbaycanın suveren hüquqlarını təmin etdi. Bu reallıq Xocalıda memorialın ucaldılması ilə daha da möhkəmləndi.

Bəzi xarici dairələrin tarixi saxtalaşdırmaq cəhdlərinə baxmayaraq, faktlar öz sözünü deyir. İllər ərzində aparılan araşdırmalar və beynəlxalq təşəbbüslər Xocalı həqiqətlərinin tanınmasına gətirib çıxardı. Bu prosesdə ictimai kampaniyalar da mühüm rol oynadı.

Azərbaycan post-münaqişə mərhələsində həm qalib, həm də sülh təşəbbüskarı kimi çıxış edir. Memorial Kompleks isə gələcək nəsillərə ünvanlanan tarixi mesajdır: ədalət gec də olsa bərpa olunur.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.