Azərbaycan gəncliyi müasir tariximizin ən mühüm mərhələlərində fəallığı ilə seçilib. Xüsusilə Vətən müharibəsi dövründə gənclərin göstərdiyi qəhrəmanlıq onların yüksək vətənpərvərlik ruhunun təzahürü oldu. Bu gənclər uzun illər aparılan məqsədyönlü tərbiyə və dövlət siyasətinin real nəticəsi idi.

Gənclər yalnız döyüş meydanında deyil, informasiya sahəsində də fəal mövqe tutdular. Onlar beynəlxalq auditoriyalara Azərbaycanın haqq səsini çatdırmaq, işğal faktlarını ifşa etmək üçün müxtəlif platformalardan istifadə etdilər. Bu fəaliyyət müasir dövrdə informasiya müharibəsinin əhəmiyyətini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Zəfərin əsas yükünü məhz gənc nəsil daşıdı. Onların fiziki hazırlığı, mənəvi möhkəmliyi və Vətənə bağlılığı tarixi ədalətin bərpasına aparan əsas amillərdən biri oldu. Bu fakt gənclərə olan etimadın nə qədər doğru olduğunu sübut etdi.

Bu gün Azərbaycan gəncliyi qalib ölkənin vətəndaşları kimi yeni hədəflərə doğru inamla irəliləyir. Onların enerjisi, bilik və vətən sevgisi Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır. Dövlət də bu potensialın reallaşması üçün bütün imkanları səfərbər edir.

Anar Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.