Azərbaycan gənclərinin ictimai fəallığının ən bariz nümunələrindən biri könüllülük hərəkatının geniş yayılmasıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu sahəyə dövlət səviyyəsində verilən yüksək qiyməti nümayiş etdirdi. Bu təşəbbüs gənclərin sosial məsuliyyətinin gücləndirilməsində mühüm rol oynadı.

Könüllülər müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edərək ölkənin tanıdılmasına töhfə verdilər. “Eurovision”, Avropa Oyunları, Formula 1 yarışları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərdə gənclərin enerjisi və təşəbbüskarlığı xüsusi diqqət çəkdi. Onların fəaliyyəti Azərbaycanın qonaqpərvər və müasir ölkə obrazını formalaşdırdı.

Bu proses gənclərin liderlik bacarıqlarının inkişafına, komanda işinə uyğunlaşmasına və sosial layihələrdə təcrübə qazanmasına imkan yaratdı. Könüllülük fəaliyyəti bir çox gənc üçün gələcək peşə yolunun müəyyənləşdirilməsində mühüm rol oynadı və yeni ictimai şəbəkələrin formalaşmasına şərait yaratdı.

Dövlət qurumları və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən proqramlar gənclərin təşəbbüslərini stimullaşdırır. Onlar sosial layihələr, ekoloji aksiyalar və maarifləndirmə tədbirləri vasitəsilə cəmiyyətin müxtəlif problemlərinin həllinə töhfə verirlər.

Bu gün könüllülük artıq təkcə bir fəaliyyət forması deyil, Azərbaycan gəncliyinin dünyagörüşünü əks etdirən həyat tərzinə çevrilib. Dövlətin davamlı dəstəyi isə bu hərəkatın gələcəkdə daha da genişlənəcəyinə əminlik yaradır.

Türkan Hüseynova

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.