Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlə milli tarixdə silinməz iz qoydu. Cəbhə xəttində vuruşan minlərlə gənc torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Onların əzmi və vətən sevgisi qazanılan Zəfərin əsas dayaqlarından biri oldu.

Müharibə dövründə gənclər təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də fəal idilər. Sosial şəbəkələr və beynəlxalq platformalar vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün geniş kampaniyalar apardılar. Ermənistanın törətdiyi dağıntıların ifşası gənclərin təşəbbüsləri ilə daha geniş auditoriyaya yayıldı.
Prezident İlham Əliyev çıxışlarında məhz gənc nəslin bu tarixi Qələbədəki rolunu xüsusi vurğulayaraq onların vətənpərvərlik ruhunda yetişdirilməsinin dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib. Bu, gənclərə olan etimadın real həyatda öz təsdiqini tapdığını göstərir.
Müharibədən sonra da gənclər ölkənin bərpa və quruculuq işlərində fəal iştirak edirlər. Azad edilmiş ərazilərdə aparılan layihələrdə onların bilik və bacarıqlarından istifadə olunur, yeni təşəbbüslərə geniş meydan verilir.
Bu qəhrəmanlıq nümunələri Azərbaycan gəncliyinin yalnız ölkənin gələcəyi deyil, həm də bu gününün əsas gücü olduğunu bir daha sübut edir. Dövlətin onlara verdiyi dəstək isə bu potensialın daha da möhkəmlənməsinə xidmət edir.
Rəfail Məmmədov
“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın