Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı siyasətinin əsas istiqamətlərindən biri onların yüksək səviyyəli təhsil alması idi. Hələ sovet dövründə yüzlərlə gəncin nüfuzlu ali məktəblərə göndərilməsi Azərbaycanın gələcəyinə hesablanmış uzaqgörən addım kimi tarixə düşüb. Müstəqillik dövründə isə bu siyasət yeni məzmunla zənginləşdirildi və dövlət strategiyasına çevrildi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramları gənclər üçün yeni imkanlar açdı. “2007–2015-ci illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı” və “2022–2026-cı illər” üçün nəzərdə tutulan yeni proqram minlərlə gəncin aparıcı universitetlərdə oxumasına şərait yaradıb. Bu proses yalnız fərdi inkişaf deyil, həm də ölkənin intellektual potensialının gücləndirilməsi məqsədi daşıyır.

Xaricdə təhsil alan gənclər eyni zamanda Azərbaycanın mədəni və siyasi reallıqlarını dünyaya tanıdır, ölkənin beynəlxalq imicinin möhkəmlənməsində mühüm rol oynayırlar. Onlar müxtəlif platformalarda Qarabağ həqiqətlərinin çatdırılmasında fəallıq göstərərək qeyri-rəsmi diplomatiyanın bir hissəsinə çevriliblər.

Dövlətin gənclərə verdiyi bu etimad onların məsuliyyət hissini artırır. Təhsil alan gənclər geri qayıdaraq əldə etdikləri bilik və təcrübəni ölkənin inkişafına yönəldir, innovativ sahələrdə irəliləyişlərə təkan verirlər. Bu yanaşma davamlı iqtisadi və sosial inkişaf üçün mühüm baza yaradır.

Beləliklə, təhsil sahəsində həyata keçirilən genişmiqyaslı layihələr gənclərin fərdi yüksəlişi ilə yanaşı, Azərbaycanın gələcək lider kadr potensialının formalaşmasına xidmət edir. Dövlətin bu istiqamətdə atdığı addımlar uzunmüddətli strateji baxışın tərkib hissəsidir.

Zərifə İbrahimova

“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.