Müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasında gənclər siyasəti xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyev gəncləri yalnız gələcəyin təminatı deyil, həm də bu günün fəal iştirakçıları kimi qiymətləndirirdi. Onun siyasi xəttində gənclərin bilik, dünyagörüş və vətənpərvərlik ruhunda formalaşması əsas hədəf olaraq müəyyən edilmişdi. Bu baxış bu gün də dövlət idarəçiliyində əsas prinsip kimi qorunur.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət sistemli və məqsədyönlü dövlət siyasətinə çevrildi. Gənclərlə bağlı institusional mexanizmlər yaradıldı, qanunvericilik bazası formalaşdırıldı, onların sosial və intellektual inkişafına yönələn proqramlar icra olundu. Bu addımlar gənclərin cəmiyyət həyatında rolunu əhəmiyyətli dərəcədə artırdı.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəldi. Gənclərin təhsili, məşğulluğu, beynəlxalq təcrübə qazanması üçün yaradılan imkanlar onların potensialından daha səmərəli istifadəyə şərait yaratdı. Dövlətin gənclərə göstərdiyi etimad onların məsuliyyət hissini daha da gücləndirdi.
Bu gün Azərbaycan gəncliyi əldə etdiyi nailiyyətlərlə göstərir ki, aparılan siyasət real nəticələr verir. Gənclərin ictimai fəallığı, elm və innovasiya sahəsində təşəbbüskarlığı ölkənin davamlı inkişafının əsas təminatçılarından biridir. Güclü gənclik isə güclü dövlət deməkdir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın