Təvəkkül Əliyev

8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. Bu tarix doğma şəhərin azadlığa qovuşmasını, uzun illər davam edən ayrılığın başa çatmasını və milli iradənin gerçəkləşməsini ifadə edir. Şuşanın taleyində baş verən dönüş Azərbaycanın müstəqil dövlət kimi öz hüquqlarını qorumaq əzminin nəticəsidir.

Şuşaya aparan yol illərlə davam edən hazırlıqdan keçmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasətini davam etdirən Prezident İlham Əliyev ölkənin iqtisadi imkanlarını genişləndirmiş, müdafiə qabiliyyətini gücləndirmiş və Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə ardıcıl müdafiə etmişdir. Bu fəaliyyət torpaqlarımızın azad olunması üçün möhkəm zəmin yaratmışdır. Dövlətin imkanları ilə xalqın inamı eyni məqsəd ətrafında birləşmişdir.

2020-ci il noyabrın 8-də Şuşanın azad olunması həmin siyasətin və Azərbaycan hərbçilərinin fədakarlığının mühüm nəticəsi oldu. Mürəkkəb şəraitdə aparılan döyüşlər əsgər və zabitlərimizin hazırlığını, iradəsini və Vətənə sədaqətini göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə xalqımıza öz tarixi yurduna qayıtmaq imkanı verdi. Şəhidlərimizin xatirəsi bu azadlığın mənəvi təməlində dayanır.

Azadlıqdan sonra Şuşada başlanan bərpa prosesi dövlətimizin şəhərin gələcəyinə münasibətini aydın göstərir. Tarixi abidələrin qorunması, yaşayış mühitinin yaradılması və mədəni həyatın canlanması bir-birini tamamlayır. Şuşa Şəhəri Günü görülən işlərin əhəmiyyətini dərk etmək, qarşıdakı vəzifələrə məsuliyyətlə yanaşmaq üçün də mühüm fürsətdir. Şuşanın azadlığını qorumaq onun tarixini yaşatmaq və gələcəyini qurmaq deməkdir.

Təvəkkül Əliyev
“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir cavab yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.