26 İyun Azərbaycan tarixində xüsusi yer tutur. Bu gün Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Bayram milli dövlətçilik ənənələrinin göstəricisidir. Hər il bu tarix böyük sevinc hissi yaradır. Xalq ordusuna olan sevgisini nümayiş etdirir. Vətənə bağlılıq duyğuları daha da güclənir.
Azərbaycan Ordusunun yaradılması müstəqillik ideyasının tərkib hissəsi olub. 1918-ci ildə atılan addımlar böyük əhəmiyyət daşıyırdı. Həmin dövrün çətinliklərinə baxmayaraq mühüm nəticələr əldə edildi. Sonrakı illərdə ordu inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm qərarlar verdi. Onun fəaliyyəti ordu quruculuğunda dönüş yaratdı.
Prezident İlham Əliyev hərbi sahənin inkişafını prioritet istiqamətlərdən biri elan edib. Ordunun texniki imkanları əhəmiyyətli dərəcədə artırılıb. Müasir silah sistemləri arsenalımıza daxil edilib. Hərbçilərin sosial rifahı da diqqətdə saxlanılır. Təlimlər yüksək səviyyədə təşkil olunur. Bu addımlar ordunun döyüş qabiliyyətini gücləndirir.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi. Hərbi əməliyyatlar uğurla həyata keçirildi. Xalq ordunun yanında oldu. Birlik və həmrəylik qələbənin əsas amillərindən biri idi. Nəticədə ölkəmiz böyük Zəfər qazandı.
Bu gün Silahlı Qüvvələr Günü qürurla qeyd olunur. Hər bir vətəndaş ordunun uğurlarını yüksək qiymətləndirir. Dövlətimizin təhlükəsizliyi etibarlı şəkildə qorunur. Gənc nəsil vətənpərvərlik ruhunda formalaşır. Azərbaycan Ordusu xalqın güvən mənbəyidir. Bu güvən gələcək uğurlar üçün möhkəm əsas yaradır.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Leave a Reply