337 nömrəli tam orta ümumtəhsil məktəbinin IX a sinif şagirdi Vəliyeva Mələk Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə yüksək nəticə göstərərək bürünc medal qazanmışdır. Bu uğur Mələyin bilik və bacarıqlarının, zəhmətinin, fənnə olan marağının və məsuliyyətli yanaşmasının bariz göstəricisidir.
Respublika səviyyəli bu nüfuzlu müsabiqədə fərqlənmək böyük əzmkarlıq, davamlı hazırlıq və yüksək səviyyəli bilik tələb edir. Mələyin əldə etdiyi bu nailiyyət həm məktəbimizin təhsil keyfiyyətinin göstəricisi, həm də digər şagirdlər üçün gözəl nümunədir.
Bu münasibətlə Vəliyeva Mələyi və onun fənn müəllimi Əliyeva Vəfanı ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar, daha böyük zirvələr fəth etməyi arzulayırıq. İnanırıq ki, bu nailiyyət gələcək uğurların başlanğıcı olacaqdır.



Bir şərh yazın