2026-cı il fevralın 4-də Əbu-Dabidə təşkil olunan “Zayed İnsan Qardaşlığı Mükafatı” mərasimi Azərbaycanın beynəlxalq humanitar və sülhyönlü siyasətinə verilən yüksək qiymət kimi dəyərləndirilib. Tədbirdə müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələrinin iştirakı mükafatın qlobal nüfuzunu bir daha nümayiş etdirib. Mərasimdə Azərbaycan–Ermənistan arasında sülh prosesinin xüsusi vurğulanması regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən izlənildiyini göstərib.
Prezident İlham Əliyev çıxışında bu təltifin onun üçün böyük şərəf olduğunu bildirərək, mükafatın Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşımasının mənəvi dəyərinə toxunub. Dövlət başçısı bu irsin insan qardaşlığı və dialoq ideyasını dünyada yaymaq baxımından mühüm rol oynadığını qeyd edib.
Çıxış zamanı sülh prosesi əsas mövzulardan biri olub. Prezident Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların müasir dövrdə münaqişələrin sülh yolu ilə həllinə nümunə ola biləcəyini deyib, mərasimin isə sülhə və qarşılıqlı əməkdaşlığa çağırış rəmzi daşıdığını vurğulayıb. Bununla yanaşı, nəqliyyat və ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi inteqrasiyaya töhfə verdiyi bildirilib.
Sonda dövlət başçısı göstərilən diqqətə görə təşəkkürünü ifadə edib və bu mükafatın bütün Azərbaycan xalqının səylərinin nəticəsi olduğunu qeyd edib. O, BƏƏ rəhbərliyinə və beynəlxalq tərəfdaşlara minnətdarlığını çatdıraraq, bu hadisəni gələcək nəsillər üçün sülh və qarşılıqlı hörmət ideallarına sadiqliyin rəmzi kimi qiymətləndirib.
Zeybək Cəfərov
YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi


Bir şərh yazın