Azərbaycan gəncliyi müasir tariximizin taleyüklü mərhələlərində fəallığı ilə seçilib. Xüsusilə Vətən müharibəsi dövründə gənclərin göstərdiyi şücaət onların yüksək mənəvi hazırlığının nəticəsi idi. Bu nəsil uzun illər aparılan məqsədyönlü dövlət siyasətinin real bəhrəsini nümayiş etdirdi.

Gənclər yalnız cəbhədə deyil, informasiya məkanında da ölkənin maraqlarını müdafiə etdilər. Sosial platformalarda aparılan təşəbbüslər Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə daha geniş yayılmasına imkan yaratdı.

Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Qələbənin əldə olunmasında gənc nəslin üzərinə böyük məsuliyyət düşürdü. Onların fiziki hazırlığı və vətən sevgisi tarixi ədalətin bərpasına aparan əsas amillərdən oldu.

Müharibədən sonrakı dövrdə gənclər azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində də fəal iştirak edirlər. Onların bilik və təşəbbüsləri yeni mərhələnin formalaşmasına xidmət edir.

Vətənpərvər gənclik bu gün qalib Azərbaycanın əsas güc mənbələrindən biridir və ölkənin gələcək uğurlarında mühüm rol oynayacaq.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.