Prezident İlham Əliyevin Gürcüstana səfəri enerji əməkdaşlığının əhəmiyyətini bir daha ön plana çıxardı. Azərbaycan və Gürcüstan arasında enerji sahəsində qurulan əməkdaşlıq region üçün mühüm strateji əhəmiyyət daşıyır.
Azərbaycanın enerji resursları Gürcüstanın tranzit imkanları ilə birləşərək böyük iqtisadi güc yaradır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Beləliklə, hər iki ölkə beynəlxalq səviyyədə strateji əhəmiyyət qazanır.
Neft və qaz kəmərləri regionun enerji xəritəsini dəyişdirib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi baxımdan vacibdir. Enerji əməkdaşlığı ölkələr arasında etimadı daha da gücləndirir.
Gələcəkdə yeni enerji layihələrinin həyata keçirilməsi də gündəmdədir. Bu isə əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Tərəflər bu sahədə yeni təşəbbüslər irəli sürür.
Nəticədə, enerji əməkdaşlığı Azərbaycan–Gürcüstan münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır və gələcəkdə də mühüm rol oynayacaq.
Gülnar Səfərova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın