Tarixi hadisələrin obyektiv şəkildə qiymətləndirilməsi hər bir xalq üçün böyük əhəmiyyət daşıyır. Uzun illər ərzində 1918-ci il hadisələrinə lazımi siyasi və hüquqi qiymət verilməməsi bu faciənin mahiyyətinin geniş şəkildə anlaşılmasına mane olmuşdur. Xüsusilə sovet dövründə bu hadisələrin təhrif olunması və ya gizlədilməsi tarixi həqiqətlərin üzə çıxarılmasını çətinləşdirmişdir.

Müstəqillik əldə edildikdən sonra isə bu istiqamətdə mühüm addımlar atılmışdır. Tarixi sənədlərin araşdırılması, arxiv materiallarının üzə çıxarılması və elmi tədqiqatların genişləndirilməsi nəticəsində hadisələrin real mahiyyəti daha aydın şəkildə müəyyən edilmişdir. Bu proses yalnız tarixçilər üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

31 mart tarixinin Soyqırımı Günü kimi qeyd olunması bu hadisələrin dövlət səviyyəsində tanınmasının ən mühüm göstəricilərindən biridir. Bu qərar faciənin milli yaddaşda möhkəmlənməsinə və onun gələcək nəsillərə ötürülməsinə şərait yaratmışdır. Eyni zamanda bu addım hadisələrin beynəlxalq səviyyədə tanıdılması üçün hüquqi baza formalaşdırmışdır.

Tarixi hadisələrin hüquqi baxımdan qiymətləndirilməsi onların beynəlxalq aləmdə qəbul olunması üçün də vacibdir. Bu isə yalnız faktların deyil, həm də hüquqi əsasların düzgün təqdim olunmasını tələb edir. Bu istiqamətdə aparılan işlər tarixi ədalətin bərpasına xidmət edir.

Bu sahədə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət xüsusi əhəmiyyət kəsb edir. Onun qəbul etdiyi qərarlar və müəyyən etdiyi strateji xətt bu faciənin dövlət səviyyəsində tanınmasına və dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə vermişdir.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.