1918-ci ilin mart-aprel hadisələri Azərbaycan tarixində xüsusi yer tutur. Bu hadisələr yalnız silahlı toqquşma deyil, mülki əhaliyə qarşı yönəlmiş genişmiqyaslı zorakılıq aktları kimi qiymətləndirilir. Həmin dövrdə baş verənlər xalqın yaddaşında ən ağır faciələrdən biri kimi qalmışdır.
Bakı şəhərində başlanan qırğınlar qısa müddətdə digər bölgələrə yayılmışdır. Şamaxı, Quba və digər ərazilərdə baş verən hadisələr nəticəsində minlərlə insan həyatını itirmişdir. Bu isə hadisələrin geniş miqyasını göstərir.
Hadisələrin planlı xarakter daşıması onların təsadüfi olmadığını sübut edir. Tarixi mənbələr və araşdırmalar göstərir ki, bu qırğınlar müəyyən məqsədlərə xidmət etmişdir. Bu isə onların daha ciddi qiymətləndirilməsini tələb edir.
Bu hadisələrin araşdırılması istiqamətində müxtəlif dövrlərdə addımlar atılmışdır. Lakin yalnız müstəqillik dövründə bu proses daha sistemli xarakter almışdır.Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilən qərarlar bu faciənin dövlət səviyyəsində tanınmasına imkan yaratmışdır.
Zeybək Cəfərov
YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi


Bir şərh yazın