1918-ci ilin mart hadisələri Azərbaycan tarixində ən genişmiqyaslı faciələrdən biri kimi qiymətləndirilir. Bu hadisələr yalnız bir şəhərlə məhdudlaşmamış, ölkənin müxtəlif bölgələrini əhatə etmişdir. Bu fakt onların planlı və sistemli şəkildə həyata keçirildiyini göstərir.

Hadisələr zamanı Bakı şəhərində minlərlə insan qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır. Qısa müddətdə şəhərin böyük hissəsi xarabalığa çevrilmiş, əhali ciddi itkilərlə üzləşmişdir. Bu, yalnız fiziki məhv etmə deyil, həm də sosial strukturların dağıdılması idi.

Şamaxı və Quba bölgələrində baş verən hadisələr də eyni dərəcədə dəhşətli olmuşdur. Bu ərazilərdə yüzlərlə kənd məhv edilmiş, minlərlə insan həyatını itirmişdir. Quba ərazisində aşkar olunan kütləvi məzarlıqlar bu faciənin real sübutudur.

Bu hadisələr uzun illər gizli saxlanılmışdır. Lakin müstəqillik dövründə aparılan araşdırmalar nəticəsində yeni faktlar ortaya çıxmışdır. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin qəbul etdiyi qərarlar mühüm rol oynamışdır.

Onun rəhbərliyi ilə bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş və 31 martın Soyqırımı Günü kimi qeyd olunması təmin edilmişdir. Bu gün həmin tarix milli yaddaşın ayrılmaz hissəsi kimi yaşadılır.

Salman Ağalarov

Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.