Enerji təhlükəsizliyi müasir beynəlxalq münasibətlər sistemində strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Dünyanın bir çox ölkələri enerji resurslarına olan tələbatın artması ilə üzləşir və bu resursların dayanıqlı şəkildə təmin olunması qlobal iqtisadi sabitlik üçün vacib hesab olunur. Enerji bazarındakı dəyişikliklər isə həm istehsalçı, həm də istehlakçı ölkələr üçün yeni çağırışlar yaradır.
Belə bir şəraitdə enerji resurslarına malik dövlətlərin məsuliyyəti daha da artır. Bu ölkələr yalnız öz iqtisadi maraqlarını deyil, həm də beynəlxalq bazarın sabitliyini nəzərə almalıdırlar. Enerji sahəsində həyata keçirilən layihələr müxtəlif regionlar arasında əməkdaşlığın genişlənməsinə və qarşılıqlı asılılığın artmasına səbəb olur.
XIII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev enerji bazarındakı sabitliyin vacibliyini xüsusi vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, enerji qiymətlərində kəskin dəyişikliklər qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər. Buna görə də enerji istehsalçıları və istehlakçıları arasında əməkdaşlıq və dialoq mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın enerji siyasəti məhz bu prinsiplərə əsaslanır. Ölkəmiz müxtəlif beynəlxalq layihələr vasitəsilə Avropa və digər regionların enerji təhlükəsizliyinə töhfə verir. Bu layihələr Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və ölkənin qlobal enerji bazarındakı rolunu artırır.
Beləliklə, enerji təhlükəsizliyi məsələsi yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır. Bu sahədə aparılan beynəlxalq əməkdaşlıq isə qlobal sabitliyin qorunmasına mühüm töhfə verir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın