Müasir dünya çoxsaylı problemlərlə üz-üzədir və bu problemlərin həlli dövlətlər arasında əməkdaşlığı tələb edir. İqlim dəyişiklikləri, iqtisadi böhranlar və regional münaqişələr kimi məsələlər qlobal səviyyədə həll olunmalıdır. Bu baxımdan beynəlxalq dialoq platformaları xüsusi əhəmiyyət kəsb edir.
XIII Qlobal Bakı Forumu müxtəlif ölkələrdən olan siyasi liderləri və ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirəsinə imkan yaradır. Bu forum dövlətlər arasında fikir mübadiləsinin genişlənməsinə və ortaq həll yollarının tapılmasına kömək edir.
Forumda çıxış edən Prezident İlham Əliyev beynəlxalq dialoqun vacibliyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, müasir dünyada qarşıdurmaların aradan qaldırılması üçün dialoq və qarşılıqlı hörmət əsas rol oynayır.Azərbaycan müxtəlif beynəlxalq təşəbbüslərdə iştirak edərək qlobal dialoqun inkişafına töhfə verir. Ölkəmizin belə tədbirlərə ev sahibliyi etməsi də bu siyasətin bariz nümunəsidir.
Beləliklə, beynəlxalq dialoq qlobal problemlərin həllində mühüm rol oynayır. Bu istiqamətdə keçirilən forumlar isə dövlətlər arasında əməkdaşlığın inkişafına kömək edir.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın