Azərbaycan son illərdə beynəlxalq siyasətdə daha fəal rol oynayan dövlətlərdən birinə çevrilib. Ölkəmizin həyata keçirdiyi siyasət regionda sabitliyin təmin olunmasına və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
Bakı şəhərinin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal siyasətdə artan rolunun göstəricisidir. XIII Qlobal Bakı Forumu da belə tədbirlərdən biridir və dünya liderlərini bir araya gətirən mühüm platforma hesab olunur.
Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qlobal əməkdaşlığa verdiyi önəmi vurğuladı. Prezident İlham Əliyevin sözlərinə görə, beynəlxalq əməkdaşlıq müasir dünyada sabitliyin təmin olunması üçün vacibdir.
Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri də ölkənin qlobal siyasətdə rolunu artırır. Bu layihələr müxtəlif regionlar arasında iqtisadi əlaqələrin genişlənməsinə kömək edir.
Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır. Bu mövqe ölkəmizin uğurlu siyasətinin nəticəsidir.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın