Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoq
Azərbaycanın Avropa strukturları ilə münasibətləri müstəqillik illərində davamlı inkişaf yolu keçib. Ölkənin Avropa Şurasına üzvlüyü bu prosesin mühüm başlanğıc nöqtəsi oldu. Bu addım Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini və demokratik inkişaf istiqamətində atdığı addımları nümayiş etdirdi.
Avropa institutları ilə əməkdaşlıq Azərbaycanın siyasi və hüquqi sistemində aparılan islahatların daha geniş miqyas almasına imkan yaratdı. Bu əməkdaşlıq çərçivəsində ölkə müxtəlif sahələrdə beynəlxalq təcrübədən faydalandı və institusional inkişafını sürətləndirdi.
Zaman keçdikcə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da genişləndi. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və nəqliyyat layihələri bu əlaqələrin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanındı.
2026-cı ildə Bakıda keçirilən görüş zamanı Prezident İlham Əliyev və Antonio Koşta bu əməkdaşlığın perspektivlərini müzakirə etdilər. Görüşdə tərəflər arasında fəal siyasi dialoqun davam etdiyi və qarşılıqlı maraqların qorunduğu vurğulandı.
Bu səfər göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı etimada əsaslanır. Gələcəkdə bu tərəfdaşlığın daha da genişlənəcəyi və yeni sahələri əhatə edəcəyi gözlənilir.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Bir şərh yazın