Azərbaycanın yaşıl enerji strategiyası
Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər bərpaolunan enerji mənbələrinin əhəmiyyətini daha da artırıb. Bir çox ölkələr kimi Azərbaycan da enerji siyasətində yeni istiqamətlər müəyyənləşdirərək yaşıl enerji sektorunun inkişafına xüsusi diqqət ayırır. Bu strategiya ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadiyyatın diversifikasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın günəş və külək enerjisi sahəsində böyük potensiala malik olduğu artıq beynəlxalq ekspertlər tərəfindən də qeyd olunur. Xəzər dənizi hövzəsində külək enerjisi, ölkənin müxtəlif regionlarında isə günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Bu potensialın reallaşdırılması üçün beynəlxalq investorlarla əməkdaşlıq genişləndirilir.
Yaşıl enerji layihələri Azərbaycanın enerji sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu layihələr təkcə daxili enerji ehtiyaclarının ödənilməsinə deyil, həm də gələcəkdə bərpaolunan enerji ixracının həyata keçirilməsinə imkan yaradır. Bu isə ölkənin enerji strategiyasında yeni perspektivlər açır.
Gələcək illərdə yaşıl enerji sahəsində həyata keçiriləcək layihələr Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyini daha da gücləndirə bilər. Bu istiqamətdə Avropa ölkələri ilə əməkdaşlıq isə yeni texnologiyaların tətbiqinə və investisiyaların artmasına şərait yaradır.
Zeybək Cəfərov
YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi


Bir şərh yazın