Azərbaycan və Avropa arasında iqtisadi əməkdaşlıq
Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə yönəlib. Ölkənin açıq iqtisadi modelə əsaslanan inkişaf strategiyası xarici investisiyaların cəlb olunmasına və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır. Bu baxımdan Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri hesab olunur.
Son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artması tərəflər arasında iqtisadi münasibətlərin inkişaf etdiyini göstərir. Avropa şirkətləri Azərbaycanın müxtəlif iqtisadi sahələrində fəaliyyət göstərir və bir sıra iri investisiya layihələrində iştirak edirlər. Bu əməkdaşlıq ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.
İqtisadi əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. Enerji, nəqliyyat, sənaye və texnologiya sahələrində həyata keçirilən layihələr tərəfdaşlığın daha geniş miqyas aldığını göstərir. Bu layihələr həm iqtisadi artımı stimullaşdırır, həm də yeni iş yerlərinin yaradılmasına imkan yaradır.
Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi münasibətlər qarşılıqlı maraqlar üzərində qurulmuş davamlı tərəfdaşlıq modelinə əsaslanır. Bu əməkdaşlıq gələcəkdə daha geniş sahələri əhatə edərək tərəflər üçün yeni imkanlar yarada bilər.
Rəsmiyyə Məmmədova
“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın