Azərbaycan qadınları sosial müdafiə sistemində mühüm rol oynayırlar. Səhiyyə, təhsil və sosial xidmət sahələrində onların üstünlük təşkil etməsi cəmiyyətin dayanıqlı inkişafına müsbət təsir göstərir.
Dövlət proqramları qadınların sosial rifahının yüksəldilməsinə yönəldilmişdir. Yoxsulluğun azaldılması və məşğulluğun artırılması istiqamətində həyata keçirilən layihələr qadınların iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmışdır.
Ümummilli Lider Heydər Əliyev sosial sahədə çalışan qadınların fəaliyyətini yüksək qiymətləndirirdi. Onun siyasəti qadınların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş proqramlar qadınların sosial təminatını daha da artırmışdır. Xüsusilə həssas qruplara aid qadınlara göstərilən dövlət dəstəyi mühüm nəticələr vermişdir.
Sosial sahədə qadınların fəallığı humanist dəyərlərin qorunmasına xidmət edir. Onlar cəmiyyətin ən həssas təbəqələrinin yanında olaraq sosial həmrəyliyi möhkəmləndirirlər.
Bu gün Azərbaycan qadını sosial müdafiə sisteminin aparıcı qüvvələrindən biridir və ölkənin sabitliyinə mühüm töhfə verir.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın