Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Onlar ailənin möhkəmliyini təmin etməklə yanaşı, sosial və ictimai həyatın müxtəlif sahələrində fəal iştirak etmişlər. Qadınların zəhməti, müdrikliyi və fədakarlığı ölkəmizin tərəqqisində mühüm əhəmiyyət kəsb edir. Bu xüsusiyyətlər Azərbaycan qadınını cəmiyyətin aparıcı qüvvələrindən birinə çevirmişdir.
Tarixi mənbələr göstərir ki, Azərbaycan qadınları müxtəlif dövrlərdə cəsarət və müdriklik nümayiş etdirmişlər. Tomrisin qəhrəmanlığı və Sara xatunun diplomatik bacarığı qadınların yalnız ailədə deyil, dövlət işlərində də mühüm rol oynadığını sübut edir. Bu ənənə bu gün də davam edir və müasir Azərbaycan qadınları ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər.
Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək onların hüquqlarının qorunmasına və ictimai fəallığının artırılmasına xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə qadın siyasətinin əsasları formalaşdırılmış və qadınların dövlət idarəçiliyində iştirakına geniş imkanlar yaradılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti qadınların cəmiyyətdəki mövqeyinin daha da güclənməsinə səbəb olmuşdur. Qadınların hüquqlarının qorunması, onların təhsil və əmək imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qadınlar bu gün müxtəlif sahələrdə mühüm uğurlar qazanırlar.
Müasir dövrdə Azərbaycan qadınları yalnız ailə həyatında deyil, elm, iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində də böyük nailiyyətlər əldə edirlər. Onlar həm də müxtəlif sosial layihələrdə və xeyriyyə təşəbbüslərində fəal iştirak edərək cəmiyyətin rifahının yüksəldilməsinə töhfə verirlər. Bu isə qadınların cəmiyyətdəki rolunun nə qədər geniş və əhəmiyyətli olduğunu göstərir.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın