Azərbaycan qadını iqtisadi inkişaf proseslərində getdikcə daha fəal mövqe tutur. Sahibkarlıq, biznes və idarəetmə sahələrində qadınların sayı artmaqdadır. Bu proses ölkənin iqtisadi potensialının genişlənməsinə xidmət edir.
Dövlət proqramları qadınların iqtisadi fəallığını stimullaşdırır. Məşğulluq strategiyaları və sosial layihələr qadınların əmək bazarına inteqrasiyasını asanlaşdırır. Qadın sahibkarlığının inkişafı regional iqtisadiyyata müsbət təsir göstərir.
Qadınların iqtisadi müstəqilliyi onların sosial statusunun yüksəlməsinə səbəb olur. Maliyyə imkanlarının artması qadınların qərar qəbuletmə proseslərində iştirakını gücləndirir. Bu, gender balansının real təminatına çevrilir.
Ümummilli Lider Heydər Əliyev qadınların iqtisadi fəallığını ölkənin inkişafının mühüm şərti kimi qiymətləndirirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə hüquqi və institusional mexanizmlər daha da təkmilləşdirilmişdir.
Bu gün Azərbaycan qadını iqtisadi inkişafın fəal iştirakçısıdır. Onun təşəbbüskarlığı və məsuliyyəti ölkənin dayanıqlı inkişafına mühüm töhfə verir.
Zeybək Cəfərov
YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi


Bir şərh yazın