Azərbaycan qadını beynəlxalq əməkdaşlıq və humanitar təşəbbüslərdə fəal iştirak etməklə ölkənin qlobal miqyasda nüfuzunun artmasına töhfə verir. Qadın hüquqlarının qorunması sahəsində qəbul edilmiş beynəlxalq sənədlərə qoşulmaq Azərbaycanın bu istiqamətdə qətiyyətli mövqeyini nümayiş etdirir.
BMT çərçivəsində qəbul edilmiş konvensiyalara qoşulma qadınların hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasına imkan yaratmışdır. Bu sənədlər milli qanunvericiliyin təkmilləşdirilməsinə və qadınların sosial müdafiəsinin gücləndirilməsinə təkan vermişdir.
Ümummilli Lider Heydər Əliyev beynəlxalq əməkdaşlığın qadın siyasətinin inkişafında mühüm rol oynadığını vurğulayırdı. Onun rəhbərliyi ilə Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu əməkdaşlıq daha da genişlənmiş, qadınların beynəlxalq forumlarda iştirakı artmışdır. Azərbaycanın təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir.
Beynəlxalq platformalarda Azərbaycan qadınının təmsil olunması ölkənin müsbət imicinin formalaşmasına xidmət edir. Bu iştirak qadınların liderlik və intellektual potensialını nümayiş etdirir.
Nəticədə Azərbaycan qadını təkcə milli deyil, beynəlxalq səviyyədə də fəal mövqe tutur və qlobal təşəbbüslərə öz töhfəsini verir.
Gülsarə Abbasova
Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın