Azərbaycan qadınının tarixi yalnız ailə çərçivəsi ilə məhdudlaşmır; o, dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynamışdır. Qədim dastanlardan başlayaraq qadın obrazı müdriklik, iradə və cəsarət rəmzi kimi təqdim edilmişdir. Xalq yaddaşında yaşayan qəhrəman qadın fiqurları sübut edir ki, milli kimliyimizin təməlində qadın nüfuzu dayanır.
Tarixi mənbələr göstərir ki, qadınlar diplomatik münasibətlərdə, siyasi qərarların qəbulunda və ictimai proseslərin istiqamətləndirilməsində iştirak ediblər. Onların fəaliyyəti dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verib. Bu xətt orta əsrlərdən başlayaraq yeni dövrə qədər davam edib.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verərək regionda mühüm presedent yaratdı. Bu qərar qadınların hüquqi statusunu yüksəltməklə yanaşı, ölkənin demokratik inkişaf kursunu nümayiş etdirdi. Qadınların siyasi iştirakının genişlənməsi cəmiyyətin modernləşməsinə səbəb oldu.
Müstəqillik dövründə qadın siyasətinin sistemli şəkildə qurulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə qadınların dövlət idarəçiliyində və ictimai həyatda irəli çəkilməsi prioritet istiqamət kimi müəyyənləşdirildi. Bu yanaşma qadınların liderlik imkanlarını genişləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti yeni mərhələyə qədəm qoydu. Hüquqi bazanın təkmilləşdirilməsi və sosial proqramların həyata keçirilməsi qadınların ictimai fəallığını artırdı. Bu gün qadınlar dövlət quruculuğunda mühüm mövqelərdə təmsil olunurlar.
Beləliklə, Azərbaycan qadını tarixi ənənələrə söykənərək müasir dövlətin inkişafında aparıcı rol oynayır. Onun iradəsi və intellekti cəmiyyətin dayanıqlı inkişafının əsas dayaqlarındandır.
Əminə Məhərrəmova
Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın