Azərbaycan qadınlarının təşkilatlanması və ictimai fəallığının artırılmasında qurultayların xüsusi rolu var. 1998-ci ildə keçirilmiş ilk qurultay qadın siyasətinin dövlət səviyyəsində sistemli şəkildə formalaşmasının başlanğıcı oldu. Bu tədbir qadınların problemlərinin vahid platformada müzakirəsinə imkan yaratdı.
Qurultaylar qadınların ictimai-siyasi proseslərdə iştirakını stimullaşdırdı. Burada gender bərabərliyi, sosial problemlər, təhsil və məşğulluq məsələləri geniş müzakirə olunur. Qəbul edilən qərarlar dövlət qadın siyasətinin inkişafına təkan verir.
Hər beş ildən bir keçirilən bu qurultaylar qadın hərəkatının davamlılığını təmin edir. Qadınların regionlar üzrə problemlərinin öyrənilməsi və həlli üçün real mexanizmlər formalaşır. Bu, qadın siyasətinin praktik nəticələr verməsinə şərait yaradır.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanan bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət qadınların təşəbbüslərini dəstəkləyərək onların ictimai fəallığını artırır.
Nəticədə qadın qurultayları Azərbaycan qadınının cəmiyyət həyatında söz sahibinə çevrilməsində mühüm rol oynayır. Bu platforma qadınların həmrəyliyini və liderlik potensialını gücləndirir.
Rəsmiyyə Məmmədova
“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın