Azərbaycan qadını hər zaman dövlətçilik ənənələrinin qorunmasında fəal mövqe tutub. Qədim dövrlərdən başlayaraq qadınlar siyasi qərarların qəbulunda və ictimai proseslərdə iştirak ediblər. Tarixi şəxsiyyətlər qadın liderliyinin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir.

Ədəbiyyat və mədəniyyət sahəsində qadınlarımızın rolu böyükdür. Məhsəti Gəncəvi və Xurşidbanu Natəvan kimi simalar qadın sözünün və zəkasının gücünü nümayiş etdiriblər. Onların yaradıcılığı milli-mənəvi dəyərlərin qorunmasına xidmət edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi ölkədə hüquqi dövlət quruculuğunun göstəricisi idi. Bu addım qadınların siyasi fəallığını artırdı və cəmiyyətin demokratikləşməsinə töhfə verdi. Qadınların dövlət idarəçiliyində iştirakı yeni mərhələyə qədəm qoydu.

Ümummilli Lider Heydər Əliyev qadınların ictimai həyatda rolunu yüksək qiymətləndirirdi. Onun siyasi kursu qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə şərait yaratdı. Bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müasir dövrdə qadınların hüquqları Konstitusiya və xüsusi qanunlarla qorunur. Gender bərabərliyi sahəsində qəbul edilmiş qanunlar cəmiyyətdə yeni düşüncə tərzi formalaşdırıb. Azərbaycan qadını bu gün həm milli dəyərlərin qoruyucusu, həm də inkişafın fəal iştirakçısıdır.

Gülnar Səfərova

Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.