Azərbaycan qadın siyasəti beynəlxalq prinsiplərə əsaslanır. Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşulmaq qadınların hüquqlarının qorunması istiqamətində mühüm mərhələ oldu. Bu sənəd qadınların siyasi və iqtisadi həyatda rolunun artırılmasını nəzərdə tutur.
BMT və digər beynəlxalq qurumlarla əməkdaşlıq qadın hüquqlarının müdafiəsində yeni imkanlar yaratdı. Qəbul olunmuş konvensiyalar milli qanunvericiliyin təkmilləşdirilməsinə təkan verdi. Beynəlxalq təcrübə ölkəmizdə tətbiq olundu.
Ümummilli Lider Heydər Əliyev qadın məsələlərini dövlət səviyyəsində prioritet kimi müəyyən etmişdir. Onun təşəbbüsü ilə qadın siyasəti sistemli xarakter aldı. Bu istiqamət Prezident İlham Əliyev tərəfindən müasir mərhələdə daha da inkişaf etdirilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar fəaliyyəti beynəlxalq aləmdə böyük rəğbət qazanır. Onun təşəbbüsləri Azərbaycan qadınının müsbət imicini gücləndirir. Bu fəaliyyət mədəni diplomatiyanın inkişafına töhfə verir.
Beləliklə, Azərbaycan qadını yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də fəal mövqe tutur. Qadın siyasətinin uğurları ölkənin nüfuzunu artırır. Bu proses davamlı xarakter daşıyır.
Kamalə Səfərova
Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın