Cənub Qaz Dəhlizi üzrə keçirilən son toplantılar Azərbaycanın regional liderliyini təsdiqlədi. Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq qlobal enerji dialoqunun mühüm platformasına çevrilib. İştirakçı ölkələrin və şirkətlərin sayının artması əməkdaşlıq mühitinin genişləndiyini göstərir.

Prezident İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi yalnız milli məsələ deyil, beynəlxalq sabitliyin əsas şərtidir. Qaz ixracının 16 ölkəni əhatə etməsi və Avropa bazarında mövcudluğun artması Azərbaycanın etibarlı tərəfdaş statusunu gücləndirir.
Bakı-Tbilisi-Ceyhan və digər layihələrdən başlayan uğurlu yol Cənub Qaz Dəhlizi ilə yeni mərhələyə keçib. TANAP və TAP-ın istismarı enerji xəritəsində mühüm dönüş nöqtəsi oldu.
Yaşıl enerji istiqamətində həyata keçirilən layihələr iqtisadi şaxələndirməyə xidmət edir. “Xızı-Abşeron” külək stansiyası və digər layihələr alternativ enerji potensialının reallaşdırılmasına şərait yaradır.
Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyası isə müstəqillik dövrünün ən iri enerji layihələrindən biri kimi ölkənin ixrac imkanlarını genişləndirir. Bu kompleks yanaşma Azərbaycanın enerji siyasətini qlobal miqyasda nümunəvi modelə çevirir.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini

Bir şərh yazın