Bakıda keçirilən enerji iclasları göstərdi ki, Azərbaycan artıq enerji sahəsində təşəbbüskar mövqedə çıxış edir. İlham Əliyev çıxışında bildirdi ki, Cənub Qaz Dəhlizi yalnız iqtisadi layihə deyil, siyasi etimad platformasıdır. Son 12 ildə təşəbbüs regional çərçivədən çıxaraq qlobal əhəmiyyət kəsb edən sistemə çevrilib.

Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu göstərici ölkəmizi boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən dövlətə çevirib. Almaniya və Avstriya ilə əməkdaşlıq Avropa bazarında mövqelərin möhkəmlənməsinə xidmət edir. Suriyaya qaz ixracının başlanması isə Azərbaycanın enerji siyasətində coğrafi genişlənmənin davam etdiyini göstərir.
Enerji infrastrukturunun genişləndirilməsi prioritet məsələdir. Mövcud sistemlərin modernləşdirilməsi və yeni ötürücü xətlərin çəkilməsi gələcək artımı təmin etmək üçün vacibdir. “Şahdəniz” və digər yataqlarda planlaşdırılan hasilat artımı ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu isə enerji əməkdaşlığının daha geniş miqyas almasına imkan verəcək.
Bərpaolunan enerji layihələri də paralel şəkildə inkişaf edir. Yeni külək və günəş stansiyaları daxili tələbatın bir hissəsini alternativ mənbələr hesabına qarşılamağa imkan yaradır. Bu isə təbii qazın daha çox hissəsinin ixraca yönəldilməsinə şərait yaradır və əlavə gəlir imkanları formalaşdırır.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın