Bakıda keçirilən enerji toplantıları Azərbaycanın regional mərkəzdən qlobal aktora çevrildiyini nümayiş etdirdi.Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyinin yalnız iqtisadi deyil, siyasi məsələ olduğunu vurğuladı. Bu yanaşma ölkənin uzunmüddətli strategiyasının əsasını təşkil edir.

Qaz ixracının 16 ölkəni əhatə etməsi Azərbaycanın beynəlxalq bazarda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Avropa istiqamətində yeni ölkələrin qoşulması ixrac xəritəsini daha da genişləndirir. Suriyaya qaz tədarükü isə enerji diplomatiyasının sosial aspektini ön plana çıxarır.
Yeni hasilat mərhələləri ölkənin potensialını artıracaq. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında planlaşdırılan artım ixrac həcmlərinin yüksəlməsinə səbəb olacaq. İnfrastrukturun genişləndirilməsi bu prosesin əsas dayağıdır.
Alternativ enerji layihələri isə gələcəyə hesablanmış addımdır. Külək və günəş stansiyalarının fəaliyyəti enerji sisteminin dayanıqlığını artırır. Bu siyasət Azərbaycanın enerji arxitekturasında uzunmüddətli mövqeyini möhkəmləndirir.
Gülsarə Abbasova
Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın